Avropa Liqasında həftənin oyunçusu seçildi

Avropa Liqasında həftənin oyunçusu seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

101.az xəbər verir ki, "Sevilya"nın hücumçusu Munir El-Haddadi hamını qabaqlayıb. O, səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) geridə qoyub.

Qeyd edək ki, El-Haddadi "Düdelanj"la matçda (5:2) het-trikə imza atıb.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR