Acun nə qədər maaş alır?

Acun nə qədər maaş alır?

TV8-in rəhbəri, prodüser Acun Ilıcalı "Söylemezsem olmaz" proqramına qatılıb.

101.az xəbər verir ki, şəxsi həyatı haqda səmimi açıqlamalar verən Ilıcalı maaşı və hazırkı peşəsi ilə bağlı sualı da cavablandırıb:

"Prodüserliyi çox sevirəm. Peşəyə müxbirliklə başlamışam. Sonra isə işi böyütdüm. Yaxşı qazanıram. Maaşımı hesablamağa isə 6 saata qədər vaxt lazımdır".

Uşaqları çox sevdiyini söyləyən prodüser 5-ci dəfə ata ola biləcəyini də istisna etməyib.

"Ərköyün uşaqlara səbrim çatmasa da, qızlarıma qarşı duyğularım fərqlidir. Doğrudur, beşinci uşağı planlaşdırmıram. Ancaq niyə olmasın ki?" deyə, o, bildirib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR