Ən kiçik qara dəlik KƏŞF EDİLDİ

Ən kiçik qara dəlik KƏŞF EDİLDİ

Alimlər bu günə qədər Ağ yol qalaktikasında elmə məlum olan ən kiçik qara dəliyi kəşf ediblər.

101.az xəbər verir ki, bu barədə “İndependent” qəzetində dərc olunan məqalədə qeyd olunub. Məlumata görə, qara dəliyin kütləsi Günəşin kütləsindən 3,3 dəfə çoxdur.

Bu elm sahəsində böyük kəşf hesab olunur. Çünki bu günə qədər elm adamları hesab edirdi ki, qara dəliyin kütləsi Günəşin kütləsindən azı 5 dəfə çox olmalıdır.

Qeyd edək ki, qara dəliklər sıradan çıxmış ulduzlarda baş verən partlayışlar nəticəsində əmələ gəlir.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR