AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Cənubi Qafqaz İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb.

Agentlikdən 101.az-a bildirilib ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli ölkəmizdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonaqları məlumatlandırıb. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edilir.

Sonra Cənubi Qafqaz İsveçrə Əməkdaşlıq Ofisinin Regional direktoru Daniel Myuli İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və SECO tərəfindən ölkəmizdə həyata keçirilən layihələr, eləcə də “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişi” haqqında məlumat verib. AQTA ilə Cənubi Qafqaz İsveçrə Əməkdaşlıq Ofisi arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, nümayəndə heyəti üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına infoturun keçirilməsi nəzərdə tutulub.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR