“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

"Facebook" şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır. Bu haqda şirkətin rəsmi saytında informasiya yerləşdirilib.

101.az bildirir ki, "Facebook Pay" adlandırılmış sistem "Facebook", "Messenger", "Instagram" və "WhatsApp"da ödənişlər etməyə imkan verəcək.

Şirkətin rəsmiləri bildiriblər ki, istifadəçilər artıq mobil tətbiqlər vasitəsilə ödəmə əməliyyatları həyata keçirirlər, ancaq "Facebook Pay" xidməti bu tranzaksiyaları daha da asanlaşdıracaq. Məsələn, ödəmə informasiyasını hər dəfə yenidən daxil etməmək üçün onu yadda saxlamaq imkanı əlçatan olacaq.

Bu həftə "Facebook" və "Instagram" sosial şəbəkələrində istifadəyə veriləcək sözügedən sistem yalnız ABŞ sakinləri üçün əlçatan olacaq. Ancaq gələcəkdə digər ölkələrin istifadəçiləri də bu sistemdən yararlana biləcəklər.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR