Gürcüstan neft və neft məhsullarının idxalını 16% azaldıb

Gürcüstan neft və neft məhsullarının idxalını 16% azaldıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın neft və neft məhsullarının idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6% azalıb.

101.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, yanvar-oktyabr ayları ərzində Gürcüstan ümumilikdə 616 249,5 min dəyərində neft və neft məhsulları idxal edib. Bu, hesabat dövründə Gürcüstanın ümumi idxalının 8,4%-ni təşkil edib. 2018-ci ildə idxal edilən neft və neft məhsullarının ümumi dəyəri isə 729 973,8 min dollar təşkil edib və bu, həmin dövr üzrə Gürcüstanın ümumi idxalının 9,7%-ni təşkil edib.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR