Rusiyalı futbolçu Türkiyədə itkin düşdü

Rusiyalı futbolçu Türkiyədə itkin düşdü

Türkiyənin “Ankaragücü” klubunun rusiyalı oyunçusu Zaur Sadayev itkin düşüb. 101.az-ın məlumatına görə, futbolçu artıq bir neçə gündür klubla əlaqə saxlamır.

Komandanın baş məşqçisi Mustafa Kaplan jurnalistlərə açıqlamasında bildirib ki, Sadayevin telefonuna zəng çatmır. “O, fanatları qarşısında izahat verməli olacaq”, - baş məşqçi qeyd edib.

Xatırladaq ki, Sadayev “Ankaragücü”nə bu ilin fevralında icarə əsasında gəlib, iyun ayında isə müqavilə imzalayıb. Türkiyəyə köçənə qədər o, Qroznının “Axmat” klubunun tərkibində oynayıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR