Hakim olmaq istəyənlərlərin nəzərinə

Hakim olmaq istəyənlərlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək.

101.az xəbər verir ki, hakim vəzifəsinə namizədlərlə test imtahanı noyabrın 23-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında baş tutacaq.

Hakim vəzifəsinə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 244 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR