Ramiz Rövşən üçün özəl gün — 18 dekabrda

Ramiz Rövşən üçün özəl gün — 18 dekabrda

Dekabrın 18 -də Xalq şairi Ramiz Rövşənin yaradıcılığına həsr olunmuş tədbir keçiləcək.

Bu barədə məlumatı əməkdar artist Ehtiram Hüseynov bildirib.

“Qəfil gün doğsa bir gecə” adlanan konsert 18 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək:
"Tədbirdə “Hicaz” qrupunun müşayiəti ilə mən və Xalq artisti Nəzakət Teymurova çıxış edəcək. Gecədə Ramiz Rövşənin şeirlərinə həsr olunmuş yeni bəstələr səsləndiriləcək. Musiqilərin bəstəsi “Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşımova aiddir. Bundan başqa tədbirdə “Yuğ” teatrının aktyorları da iştirak edəcək. Çox maraqlı konsert proqramı olacaq”, - deyə o, bildirib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR