Bakıda beynəlxalq konfrans keçirildi

Bakıda beynəlxalq konfrans keçirildi

Bu gün Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş“in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

101.az xəbər verir ki, əvvəlcə yubiley konfransının iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsinin iştirak etdiyi konfrans Prezident İlham Əliyevin Konfrans iştirakçılarına təbrik məktubunun oxunması ilə işə başlayıb. Məktubu Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.

Sonra TRASEKA layihəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Avropa İttifaqının Qərb ilə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyası 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən konfransda konkret hədəfləri, iştirakçıları və fəaliyyət prinsipləri olan Təşkilata çevrilməsi ilə nəticələnib.

“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR