Baş prokuror uşaqların döyülməsini xüsusi nəzərətə götürdü

Baş prokuror uşaqların döyülməsini xüsusi nəzərətə götürdü

Baş Prokuror Zakir Qaralov azyaşlı uşaqların atası və ögey anası tərəfindən işgəncəyə məruz qalması hadisəsini nəzarətə götürüb.

101.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində məlumat yayıb.

E.Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb:

“Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR