Bakıda piyadanı maşın vurub öldürdü

Bakıda piyadanı maşın vurub öldürdü

Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

101.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 1946-cı il təvəllüdlü Ələkbərov Sahib Əhməd oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR