Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək

Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək

Bu gün uzun fasilədən sonra "Normand dördlüyü" (Almaniya, Rusiya, Ukrayna, Fransa) liderlərinin növbəti sammiti baş tutacaq.

101.az xəbər verir ki, sammit Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Qeyd edək ki, "Normand dördlüyü" formatı Donbas münaqişəsindən sonra yaradılıb. "Normand dördlüyü" liderlərinin sonuncu sammiti 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub, görüş nəticəsiz qalıb.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR