Türkiyə və İran XİN başçıları arasında görüş olub

Türkiyə və İran XİN başçıları arasında görüş olub

Türkiyə və İran Xarici İşlər nazirləri arasında görüş olub.

Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında görüş "Asiyanın Qəlbi" - İstanbul Prosesinin 8-ci Nazirlər Konfransı çərçivəsində İstanbulda baş tutub.

Diplomatlar rəsmi Ankara və Tehran arasında münasibətlərin müxtəlif aspektlərini, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

İran və Türkiyə XİN başçıları Suriyadakı son siyasi vəziyyət, İraq və Əfqanıstandakı proseslər haqqında fikir mübadiləsi aparıblar.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR