Türkiyədə otellərdə qalanlar vergi ödəyəcək

Türkiyədə otellərdə qalanlar vergi ödəyəcək

Türkiyədə turistlər otellərdə yaşayışa görə vergi ödəməli olacaq.

101.az xəbər verir ki, müvafiq qərarı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərara əsasən, vergi aprelin 1-dən 2020-ci ilin sonuna qədər 1%, daha sonra isə artırılaraq 2% təşkil edəcək.

Rüsum otel, mehmanxana, pansionat, kurort qəsəbələri, qonaq evləri sakinlərindən tutulacaq.

Dövlət müəssisələri və yataqxanalar vergidən azaddır.

101.az (axar az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR