Binəqədi və Qaradağda iki nəfəri maşın vurdu

Binəqədi və Qaradağda iki nəfəri maşın vurdu

Bakıda piyadaların vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

101.az xəbər verir ki, ilk hadisə Binəqədi rayonunda olub.

Qəza Binəqədi şossesində, “Emil petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Novukov Boris Petroviçi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

İkinci hadisə isə Qaradağ rayonunda baş verib.

Minik avtomobili “Meyvəli” ticarət mərkəzinin yaxınlığında 1960-cı il təvəllüdlü Cəfərov Tahir Əli oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR