Rusiya klubu azərbaycanlı futbolçudan imtina ETDİ

Rusiya klubu azərbaycanlı futbolçudan imtina ETDİ

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi ölkənin başqa komandasına məsləhət görüb.

101.az xəbər verir ki, Mosvka təmsilçisi "Krılya Sovetov"a 23 yaşlı yarımmüdafiəçi ilə qışda müqavilə imzalamağı tövsiyə edib. Lakin "Spartak"ın bu təklifi rədd edilib.

Qeyd edək ki, daha öncə "Spartak"ın Ayaz Quliyevlə yolları ayırmaq istədiyi yazılıb. O, bu ilin yanvarında "Rostov"dan paytaxt klubuna keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir. Hazırda Moskvanın digər klubu "Dinamo"da çıxış edən Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR