Əlil videomüraciət etdi +VİDEO

Əlil videomüraciət etdi +VİDEO

Azərbaycanda 400 min nəfərədək əlil var- əmək qabiliyyəti olan və bu xoşbəxtlikdən məhrum olanlar.
Maddi, mənəvi və fiziki cəhətdən ailə üzvlərindən asılı olanlar ... və fiziki narahatlıqlarına rəğmən qüruruna qısılıb, ailəsinə yük olmaqdan çəkinənlər.

101.az-a Cəlilabad rayon sakini, Faba Ovezoviç videomüraciət göndərdi.
İnteraktiv Media Agentliyi olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb, vətəndaşın şikayətini təqdim etdik.

İctimaiyyətlə əlaqələr şöbəsindən 101.az-a bildirdilər ki, Cəlilabad rayon sakini II qrup əlil
Faba Ovezoviç Nuriyevin şikayət xarakterli müraciəti ilə əlaqədar müvafiq
araşdırma aparılıb və müəyyən olunub ki, həmin
şəxs sosial yardım alınması üçün hər dəfə müraciət edərkən, ailə üzvləri və ailənin
əmlakı barədə məlumatları elektron sistemə səhv daxil etdiyinə görə ailəsinə
sosial yardım təyin olunmasından imtina qərarı verilmişdir.

Sonuncu dəfə elektron şəkildə müraciəti zamanı da Faba Ovezoviç Nuriyev
“Ərizə-bəyannamə”sini doldurarkən özünün və həyat yoldaşının adlarına torpaq
payları olduğunu gizlətmiş, eyni zamanda, həyat yoldaşının II qrup əlil olduğunu
göstərsə də sistem tərəfindən bu məlumatın, habelə qeyd etdiyi VÖEN-nin qeyri-
düzgün olduğu, müəyyən edilmişdir.

Qeyd edək ki, vətəndaş sosial yardımın alınması üçün müraciət edərkən,
elektron sistemə səhv, yanlış məlumatlar daxil etdikdə, ailə tərkibi və gəlirləri
barədə məlumatları gizlətdikdə, bu dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri
məlumatlar elektron sistem tərəfindən aidiyyəti qurumların elektron informasiya
bazalarına inteqrasiya şəraitndə yoxlanılır və uyğunsuzluq aşkar edilərsə, yardımın
təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir.

Faba Ovezoviç Nuriyevə də ailəsinə sosial yardımın təyin olunmasından
imtina edilməsinin səbəbi barədə məlumat verilmişdir.
101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR