Bakıda avtobusunda gənc qız öldürülüb? - RƏSMİ AÇIQLAMA

Bakıda avtobusunda gənc qız öldürülüb? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) marşrut avtobusunda gənc qızın öldürülməsi xəbərlərinə münasibət bildirib.

101.az-dan verilən məlumatda deyilir: "Bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.

Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin".

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR