Flora Kərimova kövrəldi: “Ayları yox, saniyələri sayırdı”

Flora Kərimova kövrəldi: “Ayları yox, saniyələri sayırdı”

Xalq artisti Flora Kərimova ARB kanalında yayımlanan “Səhər-Səhər” verilişində qonaq olub.

101.az xəbər verir ki, proqramda mərhum Xalq artisti Emin Sabitoğlunun həyat və yaradıcılığından söz açılarkən müğənni kövrəlib və xatirələrini bölüşüb:

“Onun mahnılarında nisgil, böyük bir həsrət var. Qızı Ceyran xanım danışırdı ki, Eminin ölümündən sonra həyat yoldaşı Xədicənin özü də ayları yox, saniyələri sayırdı. Mən o ailəyə hörmət əlaməti olaraq bu barədə daha çox danışmaq istəmirəm”.

https://www.youtube.com/embed/zRQRcBC5O0E&feature=emb_logo

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR