Bu üsullarla bağırsaq qurdlarından bir gecəyə xilas olacaqsınız - VİDEO

Bu üsullarla bağırsaq qurdlarından bir gecəyə xilas olacaqsınız - VİDEO

Askarid, lyamblya, lentvari, bizquyruq - bir sözlə bütün növ parazit və qurdlar asanlıqla insan orqanizminə daxil olaraq orada yaşaya bilirlər. Bu qurdlardan bəziləri insan orqanizmində bir ömür boyu heç bir əlamətlər meydana gətirməyərək yaşayırlar. Bəziləri isə insaların bağırsaqlarında artıb çoxalaraq bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bağırsaqları ev şəraitində də təmizləməklə onlardan xilas olmaq mümkündür. 101.az bunun üçün alternativ üsulları təqdim edir:

1) Ən yaxşı təsirli vasitələrdən biri balqabaq tumudur. Səhər tezdən böyük adamlar 100 qram, uşaqlar 50 qram tum yeyir 2-3 saatdan sonra böyüklər 1 xörək qaşığı uşaqlar isə 1 çay qaşığı səna yarpağını 1 stəkan suda dəmləyib içməlidirlər. Bunu 3 gün etmək lazımdır. 10 gün fasilə verib yenədə 3 gün içmək olar.

2) Sarımsaq bağırsaq parazitlərini məhv edən və ümumi vəziyyəti yaxşılaşdıra bilən güclü analgetik, antibiotik və antioksidantdır. Bağırsaqlardan qurdları aradan qaldırmaq üçün 1 stəkan bişmiş südə 1-2 diş sarımsaq əzilib qarışdırılır və içilir. Daimi içilən zaman damarlarda parazitlik edən exinokok qurdlarına da təsir edir. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin.

3) Qurdlardan xilas olmaq üçün istifadə edilən vasitələrdən biri də sodadır. Soda vatitəsilə tətbiq edilən imalə etdikdə bağırsaqlar boşaldılmaqla yanaşı, bağırsaqlardakı turşu mühit də aradan qalxır, daxili öd yolları aktivləşir. Düz bağırsaqdan soda imaləsi 3 etapla həyata keçirilir. Birinci etapda duzlu ilıq su ilə təmizləyici imalə edilir. 1 litr suya 1-2 xörək qaşığı duz əlavə edib düz bağırsaqlardan qarın boşluğuna yeridilir. 5-10 dəqiqə su qarında saxlanılır və sonra bağırsaqlar tam boşaldılır.
İkinci etapda qaynadılmış və 38-40 dərəcəyə qədər soyudulmuş 800 ml suya 1 xörək qaşığı soda əlavə edilib qarışdırılır və imalə edilir. Bu zaman soda məhlulunu yarım saat bağırsaqlarda saxladıqdan sonra boşaldılır. Üçüncü etapda isə 1 litr suya bir qaşıq limon şirəsi sıxılır və təmizləyici imalə edilir.

Əhali arasında ən geniş yayılmış askarid qurdları dağtərxunu, boymadərən, qızılçətir, acı yovşan, gülümbahar kimi bitkilərin dəmləməsindən çox qorxurlar. Gündə 3 dəfə böyüklər, 2 dəfə uşaqlar bu otlardan olan qarışımı dəmləyib içməlidirlər. Bu müalicə 10 gün müddətində aparılmalıdır.



Hazırladı Firuzə Əliyeva

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR