İNSAN HAQQINDA ƏN AĞILASIĞMAZ FAKTLAR -  VİDEO

İNSAN HAQQINDA ƏN AĞILASIĞMAZ FAKTLAR - VİDEO

101.az insan haqqında maraqlı faktları təqdim edir:

İnsan Orqanizminin 55-65%-i sudan ibarətdir

Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impuls yaradır. Bu impulslar saniyədə 90 metr sürətlə hərəkət edirlər.

İnsan tükü qurğuşundan, misdən, platindən möhkəmdir və möhkəmliyinə görə yalnız poladla rəqabət apara bilər

Əl barmaqların dırnaqları ayaq barmaqların dırnaqları ilə müqaisədə 4 dəfə tez böyüyür

İnsan orqanizmində 2000-ə yaxın dad bilmə reseptoru var. Ən güclü əzələ isə dildir

Böyrəklər qanı gündə 300 dəfəyə qədər filtirləyir

İnsan orqanizmində yaşayan bakteriyaların cəmi çəkisi 2 kiloqramdır.

Hər 20 nəfərdən birində, xüsusən də kişilərdə qabırğaların 1-i artıq olur

Hər min körpədən biri tək dişlə doğulur

Diş minası insan bədənində ən sərt maddədir

Ağız boşluğunda 40000-nə yaxın bakteriya mövcuddur

İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir

İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür

Gün ərzində 1 paçka siqaret çəkən insan il ərzində yarım stəkan qatran içmiş hesab olunur

Mavi rəngli gözlərə sahib insanlar ağrıya qarşı daha həssas olurlar

Sarışın insanlarda qarayanızlara nisbətən saqqal daha tez çıxır

Bir sözü tələffüz etmək üçün təxminən 72 əzələ hərəkət edir

Gülüş zamanı insanda 17 əzələ işləyir

İnsan orqanizmi hər il 519 litrə qədər tüpürcək istehsal edir

Şəhadət barmağı insan əlinin ən hissiyatlı barmağıdır

Barmaqlar insanın ömrü ərzində 25 milyon dəfəyə yaxın açılıb-yumulur

Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdığı zaman isə saatda 170 kilometr təşkil edir. Onu da bilin ki, açıq gözlə asqırmaq mümkün deyil.

İnsan səhər tezdən axşama vaxtına nisbətən səkkiz mm hündür olur.



Hazırladı Firuzə Əliyev

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR