“Real” titulların sayında “Barsa”ya çatdı

“Real” titulların sayında “Barsa”ya çatdı

Madrid “Real”ı İspaniya Superkuboku uğrunda keçirilən qarşılaşmada “Atletiko”ya qalib gəlməklə əzəli rəqibi “Barselona” ilə titullarının sayını bərabərləşdirib.

101.az xəbər verir ki, 11-ci dəfə Superkubokun sahibi olan “Real” ümumilikdə 91-ci kubokunu qazanıb.

“Real”ın qazandığı titullar sırasında 33 İspaniya çempionluğu, 19 ölkə kuboku, 13 Çempionlar Liqası, yeddi klublararası dünya çempionluğu, dörd Avropa Superkuboku, iki UEFA kuboku, bir Eva Duarte kuboku və bir İspaniya Liqa kubokunu göstərmək olar.



101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR