Azərbaycan yığmasının üzvü Bundesliqa klubundan imtina etdi

Azərbaycan yığmasının üzvü Bundesliqa klubundan imtina etdi

Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov Almaniya Bundesliqasında oynamaqdan imtina edib.

101.az xəbər verir ki, “Paderborn” klubu millimizin forvardını heyətinə qatmaq istəsə də, o, təklifi qəbul etməyib.

Buna səbəb isə Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundan sərfəli təklif alması olub. Hücumçu maddi məsələlərdə daha yaxşı şərtlər təklif edən ABŞ klubu ilə anlaşıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR