Slovakiyada quş qripi virusu aşkarlanıb

Slovakiyada quş qripi virusu aşkarlanıb

Slovakiya Baytarlıq Müfəttişliyi kiçik fermaların birində H5N8 quş qripi virusunun olduğunu təsdiqləyib.

101.az xəbər verir ki, Zbegi kəndindəki fermer üç halda xəstəliyin baş verdiyini bildirib. Ümumilikdə onun 22 quşu olub. Laboratoriya müayinələri quş qripi virusunun olduğunu təsdiqləyib.

Quşlar məhv edilib və həmin ərazi dezinfeksiya edilib. Virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülüb.

Qeyd edək ki, Polşanın böyük qazyetişdirmə fermalarından birindəki 6 min quşda quş qripi virusu aşkarlanıb.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR