Dünya okeanının temperaturu rekord həddə çatdı

Dünya okeanının temperaturu rekord həddə çatdı

2019-cu ildə Dünya okeanının temperaturu rekord həddə çatıb ki, bu da iqlim dəyişməsinin sürətlənməsindən xəbər verir.

101.az xəbər verir ki, amerikalı alimlər bu qənaətə gəliblər.

Tədqiqatlara əsasən, son beş il okean üçün ən isti illər olub. 1987-2019-cu illərdə qlobal istilənmənin sürəti dörd dəfə artıb. Bu öz növbəsində buzluqların sürətlə əriməsinə gətirib çıxarıb.

Alimlərin fikrincə, bu əsrin sonuna kimi dəniz səthi bir metr qalxacaq və 150 milyon insanın köçünə səbəb olacaq.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR