"Facebook" işlədənlərin diqqətinə - Dəyişdirilir

"Facebook" işlədənlərin diqqətinə - Dəyişdirilir

Keçən ilin may ayında “Facebook” şirkəti öz sosial şəbəkəsində böyük dizayn dəyişikliyini anons etmişdi. İndi isə həmin dizayn dəyişikliyi sosial şəbəkənin veb versiyasında test olunur.

101.az xəbər verir ki, bu barədə Cnet saytı xəbər verib. Beləliklə yeni dizayn sayəsində sosial şəbəkənin veb versiyası mobil versiyaya bənzəyir. Ortaya çıxmış fotodan da görmək olar ki, “Facebook”un veb versiyasının yuxarı hissəsində ənənəvi göy rəngli panel yoxdur.



Göy rəng bundan sonra yalnız şirkət loqosunda olacaq. Sosial şəbəkənin ümumi rəngi isə ağ olacaq. Bundan əlavə olaraq “Facebook”un veb versiyasında “Dark Theme” rejimi də istifadəyə veriləcək. Ümumi olaraq yeni dizayn çox sadə görünür. Buna görə də tərtibatçılar onu sadəcə olaraq “The New Facebook” adlandırırlar.



Yeni dizayn hələ bir sıra istifadəçilər üçün aktivdir. Həmin istifadəçilər təsadüfi şəkildə seçilir və sosial şəbəkəyə daxil olan zaman onlara yeni dizaynın test olunması təklifi edilir.

Test razılığını verəndən sonra istifadəçilər yeni dizayn barəsində fikirlərini və iradlarını sosial şəbəkəyə göndərə bilərlər.

Bundan əlavə olaraq istifadəçilər istənilən vaxt sosial şəbəkənin keçmiş dizaynına qayıda bilərlər. Sosial şəbəkənin yeni dizaynı bu ilin yaz fəslində bütün istifadəçilər üçün aktiv olacaq.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR