“Van Helsinq” filminin yaranma tarixi - Çəkiliş meydançasından FOTOLAR  və FAKTLAR

“Van Helsinq” filminin yaranma tarixi - Çəkiliş meydançasından FOTOLAR və FAKTLAR

Çoxlarının sevə-sevə izlədiyi amerika istehsalı olan “Van Helsinq” filmi ilk dəfə 2004-cü ildə nümayiş etdirilib. Macəra fentezi janrında olan film Hollivudun məşhur rejissoru Stiven Sommers tərəfindən çəkilib. İllər öncə çəkilməsinə baxmayaraq film bu günə qədər maraqla izlənməkdədir. Bəlkə də “Van Heslinq”ə maraq qatan onun bir neçə məşhur əsərlərin motivləri əsasında çəkilməsidir. Belə ki, filmin özəyini Brem Stokerin “Drakula”, Robert Stivensonun “Həkim Cekil və mister Haydın qəribə əhvalatı” və Meri Şellinin “Frankeşteyn, yaxud Müasir Prometey” kimi məşhur əsərlər təşkil edir.



101.az sizə filmin ərsəyə gəlməsi haqqında bir neçə faktları təqdim edir.

Kitabda Van Helsinqin əsl adı Abraham (yaxud İbrahim), filmdə isə Qabriyeldir(yaxud Cəbrayıl). Bunu “Universal Studios” kinoşirkətinin filmin qəhrəmanı üzərində müəllif hüquqlarına sahib ola bilməsi üçün etdiklərini izah olunur.



Anna obrazı üçün bir çox aktrisalar sınaqdan keçirilib. Rejissor isə bu obrazda yalnız Keyt Bekinseyli görürdü. Lakin akttrisanın razılaşacağına ümid etmirdi. Çünki Keyt Bekinseyl 2003-cü ildə buna bənzər (“Başqa dünya”) filmdə artıq iştirak etmişdir. Ancaq aktrisa ssenari ilə tanış olandan sonra böyük məmnuniyyətlə çəkilməyə razılıq verdi. Daha sonra Keyt Bekinseyl özünü dar korsetdə çox pis hiss etdiyini boynuna almışdır və çəkilişlərdən sonra hətta onu yandırmaq istədiyini bildirmişdir.



Həmin ərəfələrdə Hyu Cekman “Van Helsinq”lə bərabər “İks adamlar – 2” filminə də çəkilirdi. Buna görə o, hər iki çəkiliş meydançaları arasında qalmışdır. Yeri gəlmişkən bu film üçün onun saçları uzadılıb.



Stiven Sommers insanın canavara dönüşünü digər filmlərdən fərqli göstərməyi qərara almışdır. Yəni, digər filmlərdə adətən insanın bədəninə tük gələrək heyvan forması alır. Lakin “Van Helsinq”də tamaşaçı insanın canavar dönüşməsi üçün öz dərsini necə yırtdığını görür. Bununla rejissor heyvanın “daxildən gəldiyini” izah etməyə çalışmışdır.



Filmdə Doktor Frankeşteynin laboratoriyası qədim tibb avandanlıqları ilə təchiz olunub.



160 milyon büdcəyə ərsə gələn “Van Heslinq” filmi prokatda 300 milyon dollar və tənqidçilərin mənfi rəyini qazanmışdır. Buna baxmayaraq tamaşaçılar filmi çox bəyənmşilər.



Latın Amerikasında DVD disklərdən satışından əldə olunan gəlir, təkcə ilk həftədə 65 milyon dollar təşkil edib.
Filmin motivləri əsasında PlayStation 2 və Xbox üçün oyunlar çıxıb. Oyunları Hyu Cekman və Drakula obrazında iştirak edən Riçard Roksburq səsləndiriblər.



2009-cu ildə filmi yenidən çəkmək qərarına gəlirlər. Rejissor kürsüsünə Qilyermo del Toro, əsas rola isə Tom Kruzun namizdəliyini irəli sürmüşlər. Lakin bu planlar həyata keçmədi.



Və sonda İqor rolu xüsusi olaraq Stiven Sommersin dostu üçün yazılmışdır, hansıki onun əksər filmlərində rol almışdır. Bu aktyor Kevin J. OKonordur.



S.Qocayeva

101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR