Sızanaqlar üçün sarıkök maskası

Sızanaqlar üçün sarıkök maskası

Sarıkök ədviyyat olmaqla bərabər, həm də kosmetologiyada yer alır. Təbii antibakterial olan sarıkök həm sızanaqları yox edir, həm də dərini gözəlləşdirib parladır.

101.az dəri elastikliyini artıran və sızanaqları yox edən maskanı təqdim edir.

Ərzaqlar:

1 yemək qaşığı qatıq

1 yemək qaşığı bal

1 çay qaşığı sarıkök

Hazırlanma qaydası:

Ərzaqların hamısını məhlul halına gələnə kimi qarışdırın. Maskanı təmiz üzünüzə vurun və yarım saat gözləyin. Daha sonra isə ilıq su ilə durulayın.

Qeyd edək ki, əgər sarıkök üzünüzdən çətinliklə təmizlənirsə, üz fırçasından istifadə edə bilərsiniz.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR