İrlandiyalı futbolçu: "Qarabağ"a qarşı oyunda şansımız olmadı"

İrlandiyalı futbolçu: "Qarabağ"a qarşı oyunda şansımız olmadı"

"Avropada nə qədər oyun keçirdiyimi bilmirəm. Bəzi böyük oyunçularla oynamaq və Avropada yaxşı komandalara qarşı çıxış etmək şansım oldu".

101.az-ın məlumatına görə, bu fikirləri İrlandiyanın "Dandolk" klubunun sabiq futbolçusu Ceymi Makqrat "Nottheoldfirm" nəşrinə açıqlamasında deyib.

Hazırda Şotlandiya təmsilçisi "Sent-Mirren"də çıxış edən 24 yaşlı yarımmüdafiəçi 2016-cı ildə sabiq komandası ilə Avropa Liqasının qrup mərhələsində çıxış etdiklərini də xatırladıb.

İrlandiyalı oyunçu bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları "Qarabağ"la oyuna da toxunub: "Qarabağ"a qarşı şansımız olmadı. İnsanlar bu liqanın yaxşı olduğunu dərk edir. "Dandolk" kimi komandalar Avropada çətinlik çəkir. Son üç mövsüm avrokubokda oynadım, bunun üçün şanslıyam".

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gəlib. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan ölkə çempionu A qrupunu 5 xalla 3-cü pillədə başa vurub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR