6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

"Arpaçay" karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib.

101.az bildirir ki, 6 yaşlılarda Xəyal Göyüşov (15 kq), Yusif Quliyev (20 kq, hər ikisi Azərbaycan), Rustam Kovalçuk (25 kq, Ukrayna), Rəsul Əliyev (+25 kq, Rusiya), Sərvi Hüseynzadə (+25 kq, Azərbaycan), Katerina Çyuhasova (+20 kq, Ukrayna) birinci yeri tutublar.

Yeddi yaşlı karateçilər arasında Atilay Əbdülkərim (+20 kq,) Osman Əlizadə (25 kq), İlkin Əliyev (30 kq, hamısı Azərbaycan), Davud Doliok (+30 kq, Ukrayna), Leyla Məmmədli (20 kq, Azərbaycan), Aramita Malikişasgol (25 kq, İran), Xədicə Qasımova (+25 kq, Azərbaycan) fəxri kürsünün ilk pilləsinə yüksəliblər.

Səkkiz yaşlıların mübarizəsində İlia Gabrava (+25, Gürcüstan), Elməddin Səlimli (30 kq, Azərbaycan), Daniel Lypivski (35 kq, Ukrayna), Rafael Yusibov (35 kq), İlqarə Qurbanova (25 kq), Aysu Tarverdi (30 kq), Mədinə Kazımova (+30 kq, hamısı Azərbaycan) qalib olublar.

Rza Maqsudlu (25 kq), İsfəndiyar Novruzov (30 kq), Səməd Hüseynzadə (35 kq), Emil Şıxəliyev (40 kq), Amil Abbaslı (+40 kq, hamısı Azərbaycan), Mariya Şamokva (30 kq, Rusiya), Nərmin Əliyeva (35 kq), Mədinə Kazımova (40 kq, hər ikisi Azərbaycan) 9 yaşlı karateçilər arasında qızıl medal qazanıblar.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır. Turnirə bu gün yekun vurulacaq.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR