SON DƏQİQƏ: Məşhur idmançı faciəvi şəkildə öldü - Dünya ŞOKDA

SON DƏQİQƏ: Məşhur idmançı faciəvi şəkildə öldü - Dünya ŞOKDA

ABŞ-ın məşhur idmançısı, dünya şöhrətli sima, keçmiş basketbolçu Kobi Brayant faciəli şəkildə həyatını itirib.

101.az xəbər verir ki, bu barədə “ESPN” televiziyası məlumat yayıb. Məlumata görə, idmançı helikopter qəzası nəticəsində həyatını itirib. Kaliforniya ştatında baş verən hadisə zamanı daha 4 nəfərin öldüyü bildirilir. Onların Brayantın qızları olduğu bildirilir.

Qeyd edək ki, Brayant müsahibələrinin birində təyyarə qəzasında öləcəyini demişdi.

41 yaşlı idmançı NBA komandalarından yalnız Los-Anceles Leykersin forması geyinib. “Black Mamba” ləqəbli idmançı peşəkar kariyerası boyunca çox sayda titul və kubokun sahibi olub.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR