Ata iki oğlunu Şeremetevo hava limanında qoyub

Ata iki oğlunu Şeremetevo hava limanında qoyub

ATA 8 və 5 yaşlarında olan oğlanlarını Rusiyanın Şeremetevo hava limanının D terminalında buraxıb.

101.az-ın verdiyi xəbərə görə, bu barədə hava limanının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anna Zaxarenkova məlumat verib.

O bildirb ki, hava limanının işçiləri uşaqları terminaldakı polis şöbəsinə təhvil veriblər.

Uşaqlardan biri 2011-ci il, digəri isə 2014-cü il təvəllüdlüdür.

A.Zaxarenkova əlavə edib ki, ilkin məlumatlara görə, ata oğlanları ilə Ukraynanın Xabarovsk şəhərindən Rusiya Hava Yolları reysi ilə uçublar. Uşaqların çantasında onların doğum haqqında şəhadətnamələri və atalarından yazdığı qeyd tapılıb.

Uşaqları hava limanında atıb gedən şəxsin harada olduğunun müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməkdədir.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR