İşdən çıxarılan yüksək vəzifəli şəxsin ŞOK KİTABI ÜZƏ ÇIXDI - Bütün sirləri açdı/FOTO

İşdən çıxarılan yüksək vəzifəli şəxsin ŞOK KİTABI ÜZƏ ÇIXDI - Bütün sirləri açdı/FOTO

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərindəki rəqibi Conatan Bayden və oğlunun keçmişinə dair istintaqın başlamasına qədər Ukraynaya hərbi yardımın dayandırılmasını istəyib.

101.az xəbər verir ki, bu iddia Trampın Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun yeni kitabında yer alıb.

Məlumatı kitabın bir nüsxəsini ələ keçirməyi bacaran “Nyu York Tayms” “Boltonun kitabına görə Tramp Ukrayna yardımını tələb etdiyi istintaqa bağlayıb” başlığı ilə dərc edib. Bildirilib ki, Bolton “Hadisənin baş verdiyi otaq” (“The Room Where It Happened”) kitabında ötən ilin avqusta ayında Donald Trampın ona istintaq başlayana kimi yardımları kəsəcəyini söyləyib.

Xəbərlə bağlı hələ ki, Ağ ev, Donald Tramp və ya Con Boltondan açıqlama gəlməyib. Yalnız Boltonun vəkili Çarlz Kuper “Axios” xəbər portalına açıqlama verib. O, kitabın bir nüsxəsinin 30 dekabr 2019-cu ildə dəyərləndirilməsi üçün Ağ evin Milli Təhlükəsizlik üzrə ofisinə zərfdə göndərildiyini və ancaq buradan mediaya sızmış ola biləcəyini deyib.

Qeyd edək ki, məhz bu qalmaqalla bağlı ABŞ Prezidenti Donald Trampın impiçmenti hələ də davam edir. Kitabda yer alan iddiaların bu gündən etibarən Konqresdə geniş müzakirəyə çıxarılması gözlənilir.

Con Boltonun kitabının mart ayında işıq üzü görəcəyi deyilir.

Xatırladaq ki, Bolton ötən ilin sentyabr ayında istefaya göndərilib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR