Həftəsonunu "Görünməz qonaq"la keçirin

Həftəsonunu "Görünməz qonaq"la keçirin

Detektiv janrını sevənlər üçün "Görünməz qonaq" (Contratiempo) filmi əsl tapıntıdır. İspaniya kinematoqrafiyasının bu istehsalı hər zaman olduğu kimi peşəkarlığı ilə seçilir. Rejissor Oriol Paolonun çəkdiyi "Görünməz qonaq" filminin süjet xətti bir ailənin başına gələn faciədən bəhs edir. Gənc biznesmen Adrian Dorian məşuqəsinin qətlində günahlandırılır. Buna görə o, ölkənin ən tanınmış vəkili, Virciniya Qudmana müraciət etməli olur. Məhkəmə günü onlar görüşüb bəzi məqamlara aydınlıq gətiməlidilər. Lakin Virciniya gözlənilməz məqamlara toxunur.

Baş rollarda Mario Kasas, Ana Vahener, Hose Koronado, Barbara Lenni çəkilib. Filmin sloqanı belədir: "Hər bir hekayə iki tərəfə malikdir. Həqiqət - yalnız birdir". Film 2016-cı ilin istehsalıdır.

Filmin gözlənilməz sonluğu tamaşaçıları bəlkə də ekran söndükdən sonra belə təsiri altında saxlayacaq. Gözyaşlarınıza hakim ola bilməyəcəksiniz. 101.az sizi həftəsonunda məhz bu filmə baxmağı təklif edir. Xoş istirahətlər!

101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR