Hindistanda dəhşətli qəza: 14 nəfər öldü

Hindistanda dəhşətli qəza: 14 nəfər öldü

Hindistanın Uttar Pradeş şəhərində baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

101.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən bildirib.

Hadisə fevralın 12-i axşam saatlarında magistral yolda baş verib. Qəzaya səbəb sərnişin avtobusunun yük maşını ilə toqquşması olub.

Əlavə məlumat verilməyib.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR