Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istədi

Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istədi

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

101.az xəbər verir ki, bu barədə bu gün A. Nazarbayev “Facebook”da bildirib.

A. Nazarbayev ailəsinin ona təzyiq göstərdiyi üçün bu addımı atdığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya barədə məlumata malikdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib. Məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR