Fırtınadan sonrakı sklet İNSANLARI QORXUYA SALDI — FOTO

Fırtınadan sonrakı sklet İNSANLARI QORXUYA SALDI — FOTO

İngiltərədəki ''Ciara'' fırtınasından sonra Şotlandiyada sahilə çıxan sklet yerli əhalini təşvişə salıb.

101.az xəbər verir ki, Birləşmiş Krallıqda saatda 90 kilometr sürətlə əsən fırtınadan sonra Şotlandiyada sahilə çıxmış skletin fotoları “Facebook” vasitəsilə bütün dünyaya yayılıb. Bəziləri uzun və qorxunc skletin balinaya aid olduğunu düşünsə də, digərləri ehtimal edirdi ki, bu Loc Ness canavarına məxsusdur.

Belə ki, Loc Ness canavarına aid əfsanələr 1500-cü ildən bəri danışılır. Nəql edilən hejkayədə bildirilir ki, Şotlandiyada xiristiyanlığı yaymaq vəzifəsi verilən irlandiyalı Kolumba adlı din adamı Los Ness gölündə gördüyü canavardan bəhs edib. Qeyddə həmçini Kolumbanın həmin canavarın insanları yediyini öz gözləri ilə gördüyü yazılıb. Lakin o qatı din adamı olduğuna görə, həmin canavara suya girməyi və bir də insanlara toxunmamağı əmr edib. Həmin gündən bəri həmin nəhəng su canavarını görən olmayıb. Yerli sakinlər əfsanələrə inanmadıqlarını deyərək, canavara aid əsaslı dəlil istəyiblər. 1934-cü ildə ingilis cərrah həmin canavarın fotolarını yayımlayıb. Foto Kolumbanın qeydlərində bəhs etdiyi canavarın görünüşü ilə üst-üstə düşürdü. Həmin hekayəyə və gölə görə hər il minlərlə turist bölgəni ziyarət edir. Araşdırmaya görə həmin göl ölkə iqtisadiyyatına 33 milyon dollar xeyir verib.











101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR