Praqada keçirilən şahmat festivalının ikinci turunda Nicat Abasovun rəqibi niderlandlı idmançı olacaq

Praqada keçirilən şahmat festivalının ikinci turunda Nicat Abasovun rəqibi niderlandlı idmançı olacaq

Fevralın 13-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında ikinci turun partiyaları oynanılacaq.

101.az xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda niderlandlı Yorden van Forest ilə qarşılaşacaq.

Şahmatçımız birinci oyunda praqalı Van Nqyen ilə heç-heçə edib. On şahmatçının doqquz turda mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR