Zaqatalada sakini başından bıçaqlanıb

Zaqatalada sakini başından bıçaqlanıb

Zaqatalada 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

101.az-ın məlumatına görə, fevralın 13-də saat 23.00 radələrində rayonun Qandax kənd sakini, 1992-ci il təvəllüdlü Fərid Nəsrullah oğlu Süleymanov başında kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Müayinə və ilkin araşdırma zamanı F. Süleymanov şəxsi münaqişə zəminində həmkəndlisi 1989-cu il təvəllüdlü Elnur Bəhram oğlu Kərimov tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR