İrəvan teatrının kollektivi XƏYANƏTKARI  pisləyib

İrəvan teatrının kollektivi XƏYANƏTKARI pisləyib

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Azərbaycan xalqını bu cür qələmə vermək İrəvan teatrının kollektivini də hədsiz sarsıdıb.

101.az xəbər verir ki, bu fikirlər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin məsələ ilə bağlı keçirilən iclasında səsləndirilib.

İclasda teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birlinin sədri, teatrın ədəbi hissə müdiri Nərminə Ağayeva, teatrın baş rejissoru, Əməkdar Artist Sərvər Əliyev, aktyorlar Səmayə İsmayılova, Vaqif Kərimov, Xatirə Süleymanova çıxış edərək Rüstəm İbrahimbəyovun xəyanətkar, satqın əməllərinə münasibət bildiriblər. Çıxışlarda Azərbaycan xalqının ziyalısı adı altında kölgələnən, lakin uzun illərdir bütün əməlləri ilə Azərbaycan xalqına xəyanətkar mövqedə olan Rüstəm İbrahimbəyovun dönüklüyü pislənilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR