Tanınmış aktyorun 100 illlik yubileyi qeyd olunub

Tanınmış aktyorun 100 illlik yubileyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

İdarədən 101.az-a bildirilib ki, Xalq Artisti, teatr rejissoru, professor Ağakişi Kazımov, Xalq Artisti Hacı İsmayılov, Əməkdar İncəsənət Xadimi, professor, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, teatrşünas, tənqidçi Aydın Talıbzadə və başqaları çıxış edərək görkəmli sənətkarın quruluş verdiyi tamaşalardan, teatr və kinoda canlandırdığı obrazlardan söhbət açıblar.

Bildirilib ki, nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.

Sonra Mehdi Məmmədovun hazırladığı “Canlı meyit” tamaşasından fraqment təqdim olunub.

Xalq Artisti, teatr və kino aktyoru, rejissor Ramiz Məlik sənətkarın quruluş verdiyi Hüseyn Cavidin “İblis” pyesində oynadığı rola hazırlığından danışıb və həmin tamaşadan “Arifin monoloqunu” səsləndirib.

Sonda Mehdi Məmmədovun oğlu Vüqar Məmmədov atası ilə bağlı xatirələrini bölüşüb.

101.az (AzərTac)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR