Uşaq evində yanğın - Ölənlər var

Uşaq evində yanğın - Ölənlər var

Haitidə kilsənin tərkibində fəaliyyət göstərən uşaq evində yanğın baş verib.

101.az xəbər verir ki, hadisə nəticəsində 15-dən çox uşaq ölüb.

Məlumatda bildirilir ki, iki uşaq öz otağında yanaraq dünyasını dəyişib. Yerli hakim Raymond Jan Antuan bildirib ki, 13 uşaq xəstəxanaya yerləşdirilib. Lakin, onların da həyatını xilas etmək mümkün olmayıb.

Belə ki, yanğın nəticəsində uşaqların tənəffüs yollarında problemlər yaranıb. Yanğın uşaq evinin birinci mərtəbəsində, yataq otaqlarının yerləşdiyi ərazidə başlayıb.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR