"Flora əsrlərlə qalacaq, Brilliant bir azdan unudulacaq"

"Flora əsrlərlə qalacaq, Brilliant bir azdan unudulacaq"

Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə aralarındakı qalmaqalı daha da alovlandırıb.

101.az xəbər verir ki, müğənni Murad Arifin "Popumuz var" "Youtube" layihəsində qonaq olub. Ağayev aparıcının "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti" sualına belə cavab verib:

"Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq".

Qeyd edək ki, F.Ağayev illərdir F.Kərimova və B.Dadaşova ilə küsülüdür.

https://ok.ru/video/1595314932436

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR