Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub

Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR