Şahmatçımız ikinci oldu

Şahmatçımız ikinci oldu

Çexiyanın paytaxtı Praqada təşkil olunan beynəlxalq festivalda şahmatçımız ikinci yeri tutub.

101.az xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov doqquzuncu turda polşalı Kasper Perun ilə qarşılaşmanı qalib başa vuraraq aktivinə daha bir xal əlavə edib. Ümumi nəticələrə görə, şahmatçımız 5,5 xalla ikinci yerdə qərarlaşıb.

Yarışın qalibi 6 xalla niderlandlı Yorden van Forest olub. Üçüncü yeri isə 5,5 xalla rusiyalı Andrey Yesipenko tutub.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR