“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə qarşı

“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura start veriləcək. 101.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.


Tura Qəbələdə start veriləcək. “Qəbələ” doğma meydanda çempionluğa iddialı “Neftçi”dən xal almağa çalışacaq.

Günün digər oyunu isə iki paytaxt təmsilçisi “Keşlə” və “Zirə” arasında baş tutacaq.

Tura sabah keçiriləcək “Qarabağ” - “Sumqayıt” və “Sabah” - “Səbail” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
22 fevral

“Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

“Keşlə” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.
“ASK Arena”, 17:00.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR