Pakistanda DƏHŞƏT - Çox sayda ölü və yarlı var

Pakistanda DƏHŞƏT - Çox sayda ölü və yarlı var

Pakistanın Kvetta əyalətində mayeləşdirilmiş təbii qaz silindrləri daşıyan avtomobildə partlayış olub.

101.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Samaa” agentliyi infomasiya yayıb.

Bildirilir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən 1 nəfəri hadisə yerində, digərləri isə xəstəxanalarda dünyasını dəyişib.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanalara aparılıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR