Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, intensiv yağış...

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, intensiv yağış...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişiləcəyi haqda xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən 101.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR