Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

101.az xəbər verir ki, ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədə “Oxu.az”a açıqlamasında məlumat verib.

“Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki, bütün əməliyyat xərclərini fond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyevə və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR